Avtomobil

Qlobal elektrikli avtomobil satışında - YENİ REKORD

İngiltərə mərkəzli araşdırma şirkəti Rho Motion tərəfindən açıqlanan elektrik avtomobil satışları ilə bağlı noyabr ayı məlumatlarına görə, dünyada elektrikli avtomobil satışları noyabr ayında bir əvvəlki aya görə 100 mindən çox artıb.

Bu artımla, qlobal elektrikli avtomobil satışları noyabr ayında 1,83 milyona çataraq, ardıcıl üçüncü dəfə elektrikli avtomobillərin satış rekordunu qırdı.

Belə ki, elektrik avtomobil satışları noyabrda illik 32 faiz, aylıq 6 faiz artıb. Noyabrda qlobal elektrik avtomobil satışının 1,3 milyonu Çinin payına düşüb.

Yanvar-noyabr dövründə dünyada satışlar 25 faiz, Çində isə 40 faiz artıb
Yanvar-noyabr aylarında dünyada satılan elektrik avtomobillərinin sayı 15,2 milyona çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə satışlar 25 faiz artıb.

Bu dövrdə ümumi satışın 9,7 milyonu Çində həyata keçirilib. Çində elektrikli avtomobil satışları bu dövrdə illik bazda yüzdə 40 artıb.

Yanvar-noyabr dövründə Avropa Birliyi və Böyük Britaniyada 2,7 milyon elektrikli avtomobil satışı olub, bu bölgələrdəki satışlar illik bazda yüzdə 3 azalıb.

ABŞ və Kanadada sözügedən dövrdə 1,6 milyon elektrikli avtomobil satılıb və satışlar illik bazda yüzdə 10 artıb.

“Region bölgüsündə bərabərsizlik var”
Qalan 1,1 milyon elektrik avtomobili dünyanın qalan hissəsində satılıb.

Rho Motion Data Manager Charles Lesterin məlumatları qiymətləndirməsində, elektrikli avtomobil satışlarının son üç ayda əhəmiyyətli dərəcədə artdığı və ardıcıl rekordlar qırdığını ifadə edilib: "Ancaq regional mənzərəyə baxdığımızda, satışların paylanmasında bərabərsizlik olub. Avropada elektrikli avtomobil satışları yüzdə 3 azaldı. Noyabr ayında satışların üçdə ikisi Çindən gəldi" deyib. 

Dünyada elektrikli avtomobil satışı sentyabrda 1,7 milyon, oktyabrda isə 1,72 milyon olub.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)