Azərbaycanda bu şəxslərə avtomobil veriləcək – 683 min manatlıq sifariş
Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs “Azərmaş Park” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak ilə əlaqədar və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslərə avtomobillərin satın alınması nəzərdə tutulur.
39 ədəd minik avtomobili (sedan tipli) alınacaq.
Müqavilənin dəyəri isə 682 500 AZN təşkil edir.