Sığorta

Mərkəzi Bank iki şirkətin və 5 şəxsin sığorta lisenziyasını LƏĞV ETDİ

Lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, Mərkəzi Bankının İdarə Heyətinin 20 noyabr 2024-cü il tarixli Qərarına əsasən, 2 hüquqi şəxsə və 5 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

ENA.az bunu tənzimləyiciyə istinadən xəbər verir.

Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin həmin tarixli Qərarı ilə Qanunun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 3 (üç) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci və 107.1.3-cü maddələrinə əsasən, lisenziyaları ləğv edilən sığorta agentlərinin

SİYAHISI

Sığorta agentinin adı Lisenziyanın

tarixi

Lisenziyanın nömrəsi VÖEN
1 Aslanov Emin Cahangir oğlu 24.12.2014 080626 1402867982
2 Nəcəfova Cəmilə Mahal qızı 15.01.2013 000827 1502019352
3 Tanrıverdiyev Elsevər Səlimxan oğlu 14.10.2011 000493 1701269112
4 Axundov Əlihüseyin Cavad oğlu 25.09.2009 000260 6800470702
5 Bağırov Elvin Eldar oğlu 07.08.2015 080691 1304161162
6 Həsənov Tərlan Valeh oğlu 18.08.2011 000469 6500333332
7 Mirzəyev Nemət Elçin oğlu 12.01.2017 SA-003 2903448552
8 Namazova Rəna Elməddin qızı 21.07.2009 000215 6600144722
9 “AZPRO Consulting” MMC 23.02.2023 SA-0281 8700150811
10 “Davood” MMC 26.12.2018 SA-0124 1903303771
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)