MALİYYƏ

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) virtual aktivlərin tənzimlənməsi üçün qanun layihəsi hazırlayır.

Bunu AMB-nin nümayəndəsi Günay Mahmudova VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2024-2026-cı illəri əhatə edən maliyyə bazarlarının inkişafı strategiyası çərçivəsində “Virtual aktivlər və virtual aktiv xidmət təminatçılarının fəaliyyətinin tənzimlənməsi haqqında" qanun layihəsi üzərində iş aparılır:

“Strategiya çərçivəsində bu qanun layihəsinin tamamlanması nəzərdə tutulub. Bundan əlavə, paylanmış reyestr texnologiyaları ilə bağlı zəruri normativ-hüquqi bazanın yaradılması da planlaşdırılır. Eyni zamanda, bankların İOS (İnformasiya-Əməliyyat Sistemləri) funksionallığına dair tələblərin hazırlanması da prioritet məsələlərdəndir”.

Qeyd olunub ki, bu addımlar maliyyə bazarlarının müasir çağırışlara uyğun şəkildə inkişafını təmin etməyə yönəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)