SOCAR-da yeni təyinat olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat baş tutub.
Məlumata görə, Anar Mahmudov Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) Büdcə və Planlaşdırma İdarəsinin rəisi təyin edilib.
O, 2023-cü ilin dekabrdan bu ilin noyabr ayına qədər Büdcə və Planlaşdırma İdarəsinin rəis müavini kimi çalışıb.