“Azfinance İnvestisiya Şirkəti” adını dəyişdi
![](https://ena.az/uploads/news/2024-11/_ena_6482e38dbe4fc8f01a8998eef_o.jpg)
“Azfinance İnvestisiya Şirkəti” adını dəyişib.
Məlumata görə, bu gündən etibarən Azfinance İnvestisiya Şirkəti CFİ Financial İnvestisiya Şirkəti kimi öz fəaliyyətini davam edəcək.
Qeyd edək ki, dünyanın aparıcı onlayn ticarət brokeri – “CFI Financial Group” “Azfinance İnvestisiya Şirkəti” ASC-nin səhmlərini alaraq Azərbaycanın qiymətli kağızlar bazarına daxil olmuşdur.
Xatırladaq ki, “Azfinance” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.55 milyon manatdır və qanuni təmsilçisi Pərvanə Qasımovadır.