Bank

AMB-nin ehtiyatlarından satış davam edə bilər

Azərbaycan Mərkəzi Bankı ehtiyatlarından valyuta satışını davam etdirə bilər. ENA.az xəbər verir ki, AMB sədri Taleh Kazımov bununla bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Onun sözlərinə görə, bu satışlar dövlət xərcləri ilə bağlıdır.

Qeyd edək ki oktyabr ayının son həftəsində Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə 424 mln.ABŞ dolları məbləğində xüsusi satış olub.

Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 mln. ABŞ dolları azalıb.

Azərbaycan dövlətinin strateji valyuta ehtiyatlarına gəlincə, Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondunun ehtiyatları birlikdə 72 milyard 830 milyon manat ətrafındadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)