MALİYYƏ

Nazir müavini: “Tezliklə daha təkmil “Bakıkart” proqramı istifadəyə veriləcək”

Azərbaycanda yaxın günlərdə daha təkmil “Bakıkart” proqramı istifadəyə veriləcək.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Bakıda keçirilən “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə bildirib.

Bu proqram Bakıda ictimai nəqliyyatdan istifadənin əlçatanlığını, təmassız ödənişi təmin edəcək, avtobusların real vaxt rejimində izlənməsinə imkan verəcək:.

“Azərbaycanda son dövrlərdə onlayn bilet alışı, parkinq və digər bu tipli sahələr üzrə layihələr hazırlanıb, mobil tətbiqlər istifadəyə verilib. Dayanıqlı inkişafı təmin etmək üçün nəqliyyatın bütün infrastrukturunun yenilənməsi işləri həyata keçirilir”, – deyə nazir müavini əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)