"BOKT və kredit ittifaqları banklara uduzurlar"

Azərbaycanın kredit reyestrindən görünür ki, portfelin 88,2%-i bankların əlindədir. Bu 22 bankın borc vermədə üstün mövqeyini göstərir.
Halbuki, ölkəmizdə fəaliyyət göstərən 94 BOKT və kredit ittifaqı var. Bu qədər saya malik olmasına baxmayaraq, kredit portfelinin yalnız 3,1%-ni onlar veriblər.
Azərbaycan Kredit Bürosunun icraçı direktoru Elçin Həbibovun sözlərinə görə, BOKT kredit vermədə banklara uduzur. Ona görə də satış texnologiyasına və müştəriyə yanaşmada müəyyən yeniliklər lazımdır.