Azərbaycan Mərkəzi Bankı daha 5 xarici şirkəti sığorta reyestrinə daxil edib
Azərbaycan Mərkəzi Bankı (AMB) 4 xarici ölkəyə məxsus 5 şirkəti xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.
ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, reyestrə daxil edilən şirkətlər Böyük Britaniyaya məxsus “Howden Reinsurance Brokers Limited” və “Volante International Limited”, Qazaxıstana məxsus “MOI Insurance Broker”, Lüksemburqa məxsus “Howden Insurance Brokers Limited” və Almaniyaya məxsus “Kuhn & Bülow Versicherungsmakler GmbH"dir.
Bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 92-yə çatıb.
Xatırladaq ki, “Howden Reinsurance Brokers Limited” 2010-cu ildən, “Volante International Limited” 2017-ci ildən, “MOI Insurance Broker” 2018-ci ildən, “Howden Insurance Brokers Limited” 1962-ci ildən, “Kuhn & Bülow Versicherungsmakler GmbH" isə 1991-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.