Avtomobil

Qarabağda avtovağzalların yeri müəyyənləşdirilir

Qarabağa müntəzəm marşrut reysləri yola düşür. Bəs işğaldan azad edilmiş ərazilərdə avtovağzal və avtostansiyalar fəaliyyət göstərirmi?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə əhalinin köçürülməsi prosesi genişləndikcə müvafiq infrastruktur da qurulur:

“Əhalini keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin etmək məqsədilə yeni avtobus marşrutları açılır. Avtovağzal olmayan ərazilərdə dayanacaq yerləri müəyyən edilir. Hazırda avtovağzal və avtostansiyaların layihələndirilməsi  üzrə işlər həyata keçirilir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)