Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyan - ÖLKƏLƏR
2019-2023-cü illərdə Azərbaycan iqtisadiyyatının qeyri-neft-qaz sektoruna 6,2 milyard ABŞ dolları məbləğində birbaşa xarici investisiya yatırılıb.
Report yazır ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib ki, bunun 2 milyard ABŞ dollarından çoxu 2023-cü ilin payına düşüb. Bu isə indiyə qədər qeydə alınan ən yüksək illik göstəricidir və 2022-ci illə müqayisədə 9 % çoxdur.
Ötən il birbaşa xarici investisiyalarda liderlik Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Niderland və İsveçrəyə məxsus olub.