Birja

İlin sonuna Rusiya kriptovalyuta ilə ilk beynəlxalq ödənişə hazırlaşır

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina beynəlxalq ödənişlərdə kriptovalyutalardan istifadə ilə bağlı “Bu ilin sonuna qədər ilk əməliyyatları gözləməyə davam edirik”, -deyib. 

Rəqəmsal rublun hərtərəfli tətbiqinə başlayacaqlarını bildirən Nabiullina, sınaq müddətinin uğurla başa çatmasından sonra tətbiq üçün gələn ilin ortalarını hədəflədiklərini söyləyib.

Rusiyada beynəlxalq ödənişlərdə kriptovalyutaların istifadəsi ilə bağlı qiymətləndirmələr aparan Nabiullina deyib:

“İştirakçılar tərəfindən maraq var, lakin bu, eksperimental rejimdə işləyir və biz bunu qapalı şəkildə edirik, çünki bu, beynəlxalq ödənişlərə də aiddir. İştirakçılar və əməliyyatların sayı haqqında məlumatları açıqlamırıq. Bu rejim üç ilə qədər davam edə bilər”.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı, 2022-ci ildə müharibədən az əvvəl hazırladığı hesabatda ölkədə kriptovalyutalara tam qadağa qoyulmasını tələb edib. Bununla belə, Ukrayna müharibəsindən sonra Rusiya banklarının SWIFT ödəniş sistemindən kənarda qalması səbəbindən kriptovalyutalar getdikcə geniş yayılıb.

Rusiya prezidenti Vladimir Putinin avqustun 8-də imzaladığı fərmanla beynəlxalq ödənişlərdə və Forex əməliyyatlarında kriptovalyutaların eksperimental istifadəsi qanuniləşib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)