Yelo Bank müştəriləri “Kredit Həyat Sığortası”ndan yararlana biləcəklər
Yelo Bank kredit götürəcək müştəriləri üçün “Kredit Həyat Sığortası” xidmətini təqdim edir. Bu xidmət kredit götürən müştərinin sağlamlıq vəziyyəti ilə bağlı riskləri sığorta edir. Belə ki, müştərinin ölüm, xəstəlik və ya bədbəxt hadisə nəticəsində daimi əlillik təyin olunması hallarında, sığorta şirkəti qalan kredit borcunu qarşılayır. Bu yolla Yelo Bank, gözlənilməz vəziyyətlərdə müştərilərin ailələrinə maliyyə yükü olmadan həyatlarına davam edə bilmələri üçün dəstək olur.
Yelo Bank-ın bu yeni xidməti, müştərilərinə maliyyə təhlükəsizliyi təmin etməklə yanaşı, fərdi bankçılıq təcrübəsini də yüksəldir. Həyat gözlənilməz sürprizlərlə doludur - “Kredit Həyat Sığortası” bu cür sürprizlərə qarşı daha etibarlı və sabit bir maliyyə gələcəyi qurmağa kömək edir. Qeyd edək ki, bu sığorta növünü həm Yelo mobil tətbiqində onlayn kredit sifarişi, həm də filiallarda rəsmiləşdirilən kredit müraciəti zamanı əldə etmək mümkündür. Ətraflı məlumat üçün 981 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Yelo Bank-dan onlayn kredit sifarişi: https://bit.ly/kreditle
Bank xidmətləri (https://www.yelo.az/az/individuals/loans/consumer-loan/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!