Accor proqramından rus otellərini bron etmək imkanı yoxa çıxıb
Accor beynəlxalq saytında rus mehmanxanalarını bron etmək imkanı yoxa çıxıb. Artıq otel qrupunun Rusiyanı tərk etməsi ilə bağlı fikirlər səslənir.
Qeyd edək ki, oktyabrın 14-də Rusiyada Accor otel qrupunun loyallıq proqramı gözlənilmədən fəaliyyətini dayandırıb. Zəncirə daxil olan bəzi mehmanxanalara vəziyyətin öhdəsindən gəlmək şərti ilə qismən istifadə imkanı təqdim olunub, digərlərinə isə şirkət tərəfindən heç bir açıqlama verilməyib. Nəticədə otellər müştərilərini əvvəlcədən xəbərdar edə bilməyiblər.
Teleqram kanallarından gələn məlumatlar rəsmi internet saytından məlumatlarla təsdiqlənir. Moskvada və Rusiya Federasiyasının digər şəhərlərində bir otel bron etməyə çalışdığınız zaman sistem bir mesaj göstərir: sorğunuz üçün heç bir yaşayış variantı tapılmadı.