Ağdərədə 190 ev TİKİLƏCƏK
Ağdərə şəhərində 190 evin tikintisi nəzərdə tutulur.
Bunu Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsi zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İcraçı direktorun köməkçisi Həmid Mehdiyev deyib.
O bildirib ki, Xocalıda 56, Malbəyli və digər kəndlərdə 120 yaşayış binasının tikintisi nəzərdə tutulur: "Suqovuşanda 5 ədəd 5 mərtəbəli binanın tikintisi yekunlaşmaq mərhələsindədir".
H. Mehdiyev qeyd edib ki, Xankəndi şəhərinə məcburi köçkünlərin qayıdışı hələ başlamayıb: “Lakin 5 mindən çox dövlət və qeyri-dövlət strukturlarının nümayəndələri, əməkdaşlar orda yaşayır. Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə Xankəndidə 1200 tələbə məskunlaşıb".