Dövlət bankında özəl investorların payı 7,8%-ə yüksəldi

"ABB" ASC səhmlərinin ilkin kütləvi təklif (IPO) üsulu ilə yerləşdirilməsi tamamlandıqdan sonra özəl sektorun Bankdakı payı 7.8%-ə yüksəlib.
ENA.az xəbər verir ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub.
Beləliklə, ABB-nin səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb. Səhmlərin ümumilikdə reallaşan həcmi 56.53 milyon manat təşkil edib.