Hesabatlar

Yelo Bank üçüncü rübü uğurlu göstəricilərlə başa vurub.

Yelo Bank cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Rəqəmlərdən də görünür ki, Bank əsas göstəricilər üzrə müsbət dinamikanı qoruyub saxlayır. Belə ki, 2024-cü il ərzində Yelo Bank 35 mln manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.

Bank rüb ərzində bizneslərin maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 183 mln manat, yəni 25%-dən çox artıb. Nəticədə ümumi kredit portfeli 898 mln manata yüksəlib. Hər zaman olduğu kimi real sektorun kreditləşməsi Yelo Bank-ın prioritetləri sırasındadır. Kredit portfelinin üçdə ikisi olmaqla mühüm hissəsini biznes kreditləri təşkil edir. Biznes kredit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 96 mln manat, 20%-dən çox artımla 567 mln manata çatıb. Hesabat dövründə mikro kredit portfelində də nəzərəçarpan artım var. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 25% artaraq, 328.6 mln manat təşkil edib.

Fiziki şəxslərə verilən kredit portfeli isə əvvəlki ilin analoji dövründən bəri 88 mln, yəni 35.4% artaraq 336.4 milyon manat təşkil edib. Rüb ərzində istehlak kredit portfelinin artımında onlayn kanalların payı 50%-ə yaxındır.

Ümumi əmanət portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 200 mln manat olmaqla 31% artaraq, bu ilin üçüncü rübünün yekununda 841.5 mln manat təşkil edib. Bu da Yelo Bank-ın əmanət məhsullarının əhali üçün cəlbedici olduğunun göstəricisidir.

Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 39%-dən çox artaraq 113 mln manata çatıb. Qeyri-faiz gəlirləri də eyni dövrlə müqayisədə 3 dəfədən çox artımla 24 mln manata yüksəlib.

Ötən ilin eyni dövrü ilə müqayisədə məcmu kapital 37%-lik artımla 140 mln manata çatıb. Bu da requlyativ tələbdən 90 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13.5%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.7% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Hesabat dövrünün sonuna Bankın aktivləri 1 mlrd 177 mln manat təşkil edib.

İdarə Heyətinin sədri Anar Həsənov cari ilin üçüncü rübündə Bankın strateji məqsədlərinə doğru mühüm irəliləyişlər əldə olunduğunu qeyd edib: “Bu göstəricilər, təkcə xidmət və məhsullarımızın keyfiyyətini artırmaq istiqamətindəki səylərimizin deyil, həm də müştərilərimizin Yelo Bank-a göstərdiyi inam və etibarın nəticəsidir. 3-cü rübün sonuna olan maliyyə nəticələrimizə əsasən deyə bilərəm ki, yeni strateji dövrümüzün bir sıra mühüm hədəflərinə çatmaqdayıq. Bankın xidmət və məhsullarının, eləcə də filiallarının rəqəmsallaşdırılması prosesini il ərzində də davam etdirəcəyik. Əsas strateji prioritetlərimizdən olan ESG prinsiplərini də tətbiq etməklə fəaliyyətimizi daha dayanıqlı səviyyəyə qaldırmağı hədəfləyirik. İnanıram ki, 2024 Yelo Bank üçün davamlı inkişafa doğru getdiyimiz mühüm illərdən biri kimi yadda qalacaq”.


Bank xidmətləri (https://www.yelo.az/az/individuals/online-services/loan_request/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)