Sənaye

Unilever Rusiyadakı şirkətlərinin satışını tam başa çatdırıb

Məşhur Unilever şirkəti Rusiyadakı aktivlərinin Rusiyanın Arnest Group şirkətinə satışını tamamlandığını açıqlayıb.

Şirkətin baş icraçı direktoru Hein Şumaxer bildirib ki, şirkət Rusiyadakı törəmə müəssisəsini Rusiyanın ətir, kosmetika və məişət məhsulları istehsalçısı Arnest Group şirkətinə satıb.

Unilever-in Rusiyadakı bütün fəaliyyətinin və ölkədəki 4 fabrikinin, Belarusdakı biznesinin də satışa daxil olduğunu qeyd edən Şumaxer, “Son bir il ərzində Unilever Russia-nı potensial satış üçün diqqətlə hazırladıq", deyib. 

Açıqlamada satışın şərtləri və təfərrüatları ilə bağlı məlumat paylaşılmayıb.

Xatırladaq ki, Unilever Rusiyanın Ukraynada başladığı müharibədən sonra Rusiyadan çəkilmədiyi üçün tənqid edilirdi.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)