HI-TECH

Mikayıl Cabbarov: "Startaplara investisiya qoymuşuq və ikiqat artıq gəlir götürmüşük"

İnsan kapitalının əsas potensialını inkişaf etdirmək ölkəmiz üçün hədəfdir. 

ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib

Naziri bildirib ki, Azərbaycan zəngin enerji qaynaqlar baxımından zəngin ölkədir, amma bu müasir trendlərdən kənarda qalmağa əsas vermir. 

Azərbaycan 2017-ci ildən rəqəmsal bacarıqların fərqli tədrisinə başlayıb və bu il ərzində 650 min şagirdi əhatə edir.

"Startaplara investisiya qoymuşuq və ikiqat artıq gəlir götürmüşük" - deyə nazir vurğulayıb.

Nazir həmçinin "Trendyol"un bu il İnnovasiya Samitinə dəstək verməsini önəmli hadisə kimi qiymətləndirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)