Neft Fondu valyuta satışını 2 dəfədən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 milyard 745 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
ENA.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Təkcə sentyabrda isə ARDNF-in valyuta satışının məbləği 732,3 milyon dollar təşkil edib. Bu isə ötən ilin sentyabr ayına nisbətən 4,45 dəfə çoxdur.
Bu il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməlidir. 9 ay ərzində bunun 9 milyard 586 milyon manatı təmin olunmalı idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 180 milyon manat çox - 9 milyard 767 milyon manat olub.