Sosial iqtisadiyyat

Azərbaycanda bu şəxslər 5 min manatdan yuxarı maaş alır -SİYAHI

2024-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9.3 faiz artaraq 985.3 manat təşkil edib.

ENA.az xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 4 238.1 manat, qeyri neft-qaz sektorunda 923.8 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 936.4 manat, özəl müəssisələrdə isə 1038.7 manat olub.

Mədənçıxarma sənayesində (4 068.4 manat), maliyyə və sığorta fəaliyyəti (2 318.9 manat), eləcə də informasiya və rabitə sahələrində (1 753.6 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Onu da qeyd edək ki, mədənçıxarma sənayesində dövlət sektoru üzrə maaşlar 2 242.1 manat, özəl sektor üzrə isə 5 048.2 manat təşkil edir.

24

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)