Azərbaycanın sığorta sektorunun aktivləri 2 milyard manata yaxınlaşıb
Bu ilin I yarısında Azərbaycanın sığorta sektorunun aktivləri 5 % və yaxud 93 milyon manat artaraq 1 milyard 920 milyon manata çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, aktivlərin 49 %-ni (947 milyon manat) dövlət qiymətli kağızları, 21 %-ni (399 milyon manat) bank vəsaitləri, 8 %-ni (148 milyon manat) qeyri-dövlət qiymətli kağızları, 7 %-ni (125 milyon manat) debitor borclar, 15 %-ni isə digər aktivlər təşkil edir.
“Bazarın genişlənməsi fonunda sektorun aktivlərində müsbət dinamika müşahidə olunur", - deyə hesabatda qeyd olunub.