Niderland şirkətləri Azərbaycanın su-kanalizasiya sektoru ilə maraqlanırlar
Niderland şirkətləri Azərbaycanda su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərə bilərlər.
Bunu Niderlandın “Nijhuis Saur Industries” şirkətinin regional satış meneceri Aleksander Xodakov Bakıda keçirilən Xəzər Su İnnovasiya Forumunda bildirib.
“Biz bu kimi sahələrdə əməkdaşlıq potensialı görürük. Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi, borulardan su axıntıları yaşanır. Niderland şirkətlərinin təklif etdiyi həllərlə bu problemin qarşısını almaq mümkündür. Şirkətlərimiz həm də Azərbaycanda nələrsə öyrənə bilərlər. Abşeron çox fərqli iqlimə malikdir. Lakin bizim üçün burda aqrar sahədə istifadə edilən texnologiyalar maraqlıdır”,- deyə o əlavə edib.