MALİYYƏ

ABA törəmə qurumlarının 2019-cu il üzrə büdcəsini təsdiq edib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağı keçirilib.

"BI" ABA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə ABA-nın 2018-ci il üzrə fəaliyyətinə dair hesabatın (görülmüş işlər, Ekspert Qrupları və maliyyə hesabatı) dinlənilməsi və təsdiqi, ABA-nın Audit Komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, ABA-nın törəmə qurumlarının 2019-cu il üzrə büdcəsinin və ştat cədvəlinin təsdiqi: ABTM; Banklar və Biznes qəzeti; Biləsuvar bağça-məktəb-lisey kompleksi və cari məsələlər daxil olub.

İclasda ABA-nın 2018-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı Yunus Abdulov tərəfindən təqdim edilib və təsdiq edilib. ABA-nın Audit Komitəsinin hesabatı dinlənilib və təsdiq edilib. Həmçinin ABA-nın törəmə qurumlarının 2019-cu il üzrə büdcəsi və ştat cədvəli təsdiq edilib.

Ümumi Yığıncağın iclası zamanı Azərbaycan Banklar Assosiasiyasının "Hüquqi məsələlər üzrə" Ekspert Qrupunun üzvü, "Kapital Bank" ASC-nin əməkdaşı Arif Mehdiyev “İstehlak kreditlərinin verilməsi üzrə vahid kredit şərtləri”nin hazırlanmasında fəal iştirakına görə “Hüquqi məsələlər üzrə Ekspert Qrupunun fəaliyyətinə aktiv dəstəyə görə” nominasiyası üzrə təltif edilib.

Qeyd edək ki, Arif Mehdiyev bundan əvvəl "Bank of Baku" ASC-də çalışıb.

ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department