Anar Eyvazov idarə rəisi təyin olundu - MN-də struktur dəyişikliyi
Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib.
Məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Məlumatı nazirlikdən sorğumuza cavab olaraq təsdiq ediblər. Bildirib ki, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.
Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi, nazirliyin Mətbuat xidmətinin rəisi idi.