Azərbaycana gətirilən hind quşu məhsulunda bakteriya aşkarlanıb

Azərbaycana idxal olunan hind quşu subməhsulunda salmonella bakteriyası aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, “TFL-CO.” MMC-nin Rusiyadan idxal etdiyi “Soyuzpromptisa” MMC-yə məxsus, ümumi çəkisi 684 kq olan üç hind quşu subməhsulu partiyasından götürülən nümunələrin müayinəsi nəticəsində salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.