Moskva vilayətinə dron hücumu olub, ölən və yaralanan var
Rusiyanın Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Bu barədə regionun qubernatoru Andrey Vorobyov teleqramda bildirib.
“Gecə PUA-nın hücumu zamanı Ramenskoyedə yaşayış binalarına ziyan dəyib. Sportivnı döngəsində 11-12-ci mərtəbədəki mənzillər yanır <…> Hazırda yanğınsöndürənlər yanğını söndürürlər. Evin yanında təcili yardım briqadaları və reanimasiyalar növbə çəkir. Təəssüf ki, 9 yaşlı uşaq ölüb. <...> Bir nəfər xəsarət alıb”, – məmur sosial şəbəkədə yazıb.
O əlavə edib ki, gecə saatlarında hava hücumundan müdafiə sistemləri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 pilotsuz uçan aparatı vurub.
Bunda başqa, yerli mətbuatda paytaxtı Jukovski hava limanının üzərində dronun vurulduğuna dair məlumat yer alıb. Sosial şəbəkədə yayılan görüntülərə əsasən, pilotsuz uçuş aparatı aeroportun ərazisinə düşüb.