Rusiyaya qarşı yeni sanksiyalar gəlir - Avropa İttifaqı qərar verdi
Avropa İttifaqı Kerç boğazında baş vermiş insidentə görə Rusiyaya sanksiya tətbiq etməyə qərar verib.
"BI" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Karin Knaysl bildirib.
"Qərar artıq müvafiq səviyyədə qəbul edilib", - o deyib.
Daha əvvəl Almaniya kansleri Angela Merkel Almaniyanın Rusiyaya qarşı sanksiyaları dəstəklədiyini və onların razılaşdırılmalı olduğunu söyləyib.
Qeyd edək ki, Kerç boğazında baş vermiş insidentə görə Rusiyaya qarşı ABŞ da sanksiyalar tətbiq edib.