Bank

Üçüncü və dördüncü rübdə Azərbaycanda likvidlik daha da artacaq

Bu ilin üçüncü və dördüncü rübündə Azərbaycanda likvidliyin artması gözlənilir. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, buna dövlət büdcə xərclərinin artması səbəb olacaq: 

"Ehtimal var ki, biz sterilizasiya əməliyyatlarımızı yenidən artırmalı olacağıq".

Qeyd edək ki, ilin sonuna Azərbaycan COP-29 kimi böyük bir tədbirə evsahibliyi edəcək və bununla bağlı xərclərdə böyük artımın baş verəcəyi gözlənilir. Tədbirlə əlaqədar xərclər, yəni bəzi xidmət və məhsulların xaricdən idxalı valyutaya, həm də daxili ödəmələrdə böyük manat kütləsinə ehtiyac yaranacağı üçün milli valyutaya ehtiyacı artıra bilər. 

Xatırladaq ki, son rəqəmlərə görə Azərbaycan banklarında likvidlik 15 milyard manatdan çox idi.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)