Azərbaycanın 1 milyard dollarlıq avrobond üzrə xarici borcu var
Bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcunun 25,9 %-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, bunun 310,7 milyon ABŞ dollarının (kupon ödənişləri 5,125 %) ödəniş müddəti 2029-cu ildə, 1 milyard 76,6 milyon ABŞ dollarının (kupon ödənişləri 3,5 %) isə ödəniş müddəti 2032-ci ildə başa çatacaq.
Belə ki, hesabat tarixinə avrobondlar üzrə məlumat aşağıdakı kimidir:
Ümumi məlumat
|
Həcm (milyon ABŞ dolları)
|
Kupon dərəcəsi
|
Ödəniş müddəti 2029-cu ildə başa çatan
|
310,7
|
5,125%
|
Ödəniş müddəti 2032-ci ildə başa çatan
|
1.076,6
|
3,5%
|