Nüvə enerjisi gücündə yeni dünya lideri: Çin 31 milyard dollarlıq reaktor tikir
Milli mətbuatda yer alan xəbərə görə, ölkədə kabinet funksiyasını yerinə yetirən Dövlət Şurası şimalda Şandunq, şərqdə Jiangsu və Cjiang, Quangdong əyalətləri və Quangxi Cuang Muxtar Bölgəsində yeni nüvə reaktorlarının inşasına qərar verib.
İnşa ediləcək 11 yeni reaktorun təxminən 220 milyard yuana (30,85 milyard dollar) başa gələcəyi təxmin edilir.
Dövlətə məxsus Çin Ümumi Nüvə Enerjisi Korporasiyası (CNGP) 6 reaktorun, Çin Milli Nüvə Enerjisi Korporasiyası (CNNC) 3 və Dövlət Enerji İnvestisiya Korporasiyası (SPIC) 2 reaktorunun tikintisini həyata keçirəcək.
Çin 2022 və 2023-cü illərdə 10 yeni reaktorun tikintisini təsdiqləmişdi.
Hazırda ölkədə 55 aktiv nüvə reaktoru var ki, bu da ABŞ və Fransadan sonra ən çox reaktora malik ölkədir.
Çin 2030-cu ilə qədər layihə və ya tikilməkdə olan 36 reaktorun əlavə edilməsi ilə nüvə enerjisi gücündə dünya lideri olmağı hədəfləyir.