“ASAN ödəniş” mobil tətbiqi bəzi smarftonlardan silinib
Bir neçə gündür ki, “ASAN ödəniş” mobil tətbiqi yükləndiyi bəzi smartfonlardan avtomatik olaraq silinib.
Tətbiqin deaktiv ediləcəyi ilə bağlı istifadəçilərə heç bir xəbərdarlıq olunmayıb. İstər “Play Store”, istərsə də “Apple Store”da “ASAN ödəniş” yazıb axtarışa verdikdə isə proqram istifadəçini birbaşa “SMS radar” tətbiqinə yönləndirir.
Məsələ ilə bağlı “ASAN Xidmət”ə sorğu ünvanlanıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev faktı təsdiqləyib.
O qeyd edib ki, “ASAN ödəniş” mobil tətbiqi “Play Store” və “Apple Store” hesablarında aparılan dəyişikliklə bağlı müvəqqəti deaktiv edilib.
“Bu gündən “Apple Store”da tətbiqin işi bərpa olunub, yaxın günlərdə “Play Store”da da mobil tətbiq aktiv olunacaq”,- deyə E.Niftəliyev əlavə edib.