Gündəm

Paşinyan üçtərəfli razılaşmaları sabotaj edir - Lavrov

"Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir".

ENA.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin "Birinci Kanalı"na açıqlamasında deyib.

“Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”, - Lavrov vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)