MALİYYƏ

Maliyyə hesabatlarındakı təhrif 57 % artıb

2023-cü ildə Hesablama Palatası apardığı nəzarət tədbirləri nəticəsində maliyyə hesabatlarında 2022-ci illə müqayisədə 57 % çox - 1 milyard 252,6 milyon manatlıq təhrif aşkar edib.

Bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”nda qeyd olunub.

Sənədə əsasən, təhrif məbləği 1-ci qrup üzrə 661,5 milyon manat, 2-ci qrup üzrə isə 591,1 milyon manat təşkil edib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 17,2 % və 2,5 dəfə çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)