Gürcüstan hotellərindəki qiymətlər açıqlanıb
Gürcüstanda hotellərdə yaşayış qiymətləri il ərzində 3,3% artıb.
Bunu PMCG konsaltinq şirkəti bildirib.
2023-cü ilin iyul ayı ilə müqayisədə 3, 4 və 5 ulduzlu hotellərdə qiymətlər 2,9%, ailəvi hotellərdə isə 5,6% bahalaşıb.
İyulda ölkədə beşulduzlu hoteldə bir otağın orta qiyməti 589 lari (təxminən 220 dollar) olub. Üçulduzlu hoteldə yerləşmə 178 lari (65 dollar), dördulduzlu hoteldə isə 272 lari (100 dollar) təşkil edir.
Ailə tipli hotellərdə gündəlik orta hesabla 114 lariyə (42 dollar) qalmaq olar.