Gündəm

İlham Əliyevin Astanaya səfəri gözlənilir

Avqustun 9-da Astanada Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının VI Məşvərət Görüşü keçiriləcək.

Məlumata görə, iclasda Mərkəzi Asiya ölkələrinin və digər dövlətlərin liderləri iştirak edəcək.

“Kazinform” agentliyinin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev də Qazaxıstana səfər edəcək. Agentlik qeyd edib ki, məlumatı Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyi təsdiqləyib. İlham Əliyev avqustun 9-da Astanada keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının VI Məşvərət Görüşündə iştirak etməyi planlaşdırır.

Eyni gündə Yaponiyanın baş naziri Fumio Kişidanın da Qazaxıstanın paytaxtına səfər edəcəyi bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)