Bank

Azərbaycanda pul bazası yarım milyarda yaxın azaldı

2024-cü il martın 29-na Azərbaycanda pul bazasının həcmi 20 milyard 396,4 milyon manat təşkil edir. Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin sonuna Azərbaycanda pul bazası 20 milyard 875,2 milyon manat təşkil edib. Beləliklə, 2024-cü ilin yanvar-mart aylarında pul bazası 2,3% və ya 478,8 milyon manat azalıb.

Bununla yanaşı, mart ayında Azərbaycanda pul bazası 264,6 milyon manat və ya 1,3% artıb.

Ümumilikdə 2023-cü ildə isə Azərbaycanda pul bazası 19,6% artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)