HI-TECH

“Microsoft” və “OpenAl” 100 mlrd. dollarlıq süni intellekt məlumat mərkəzi yaradacaqlar

“Microsoft” və “OpenAl” süni intellekti dəstəkləmək üçün ixtisaslaşmış server çipləri olan superkompüterdən ibarət “Stargate” məlumat mərkəzi layihəsini müzakirə edirlər. “Tne Information” nəşrinin məlumatına görə, layihə təxminən 100 milyard dollara başa gələ bilər.

Layihəni çox güman ki, “Microsoft” maliyyələşdirəcək. Nəşr qeyd edir ki, “Stargate” bəzi irimiqyaslı məlumat mərkəzlərindən yüz dəfə baha olacaq. Layihənin “Microsoft” və “OpenAl”nın növbəti altı il ərzində yaratmaq niyyətində olduğu bir sıra quraşdırmalar sırasında ən böyüyü olacağı gözlənilir.

2023-cü ilin yanvarında “Microsoft” “ChatGPT” çat-botunun yaradıcısı “OpenAl”a sərmayəsini artırmağı planlaşdırdığını elan edib. Media yazır ki, söhbət 10 milyard dollarlıq sərmayədən, xüsusən də superkompüterlərin yaradılması və süni intellekt sahəsindəki inkişaflardan gedə bilər. Bundan əvvəl korporasiya artıq iki dəfə “OpenAl”a sərmayə qoymuşdu. “Microsoft” “Bing” axtarış sistemi də daxil olmaqla məhsullarında “OpenAI” texnologiyalarından istifadə edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)