Bank

Ermənistan bankları Rusiyanın “Mir” kartlarının qəbulunu dayandırır

Ermənistan bankları martın 30-dan etibarən “Mir” kartlarının qəbulunu dayandıracaq.

ENA.az "Insider"ə istinadən xəbər verir ki, istisna Rusiya VTB-nin törəmə şirkəti olan "VTB Ermənistan" olacaq.

Qeyd olunub ki, bu gün Ermənistanda VTB-nin 53, o cümlədən İrəvanda 22 filialı fəaliyyət göstərir. Bu bankın ölkədə ümumilikdə 190 bankomatı var.

Fevral ayında ABŞ "Mir" sistemini idarə edən və Rusiya Bankına məxsus NSPK operatoruna qarşı bloklayıcı sanksiyalar tətbiq edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)