Sənaye

“AzerGold”da yeni təyinat olub

Dövlətin mədənçilik sənayesində fəaliyyətdə olan şirkəti “AzerGold” QSC-də təyinat baş tutub.

Məlumata görə, Nurlan Şıxəliyev şirkətin İnsan resursları şöbəsinin (departament funksiyasında) direktoru təyin edilib.

  1. Şıxəliyev buna qədər “Ümid-Babək Əməliyyat Şirkəti”ndə müvafiq vəzifədə çalışırdı.

Buna qədər o, SOCAR və Azərbaycan Dəmir Yolları QSC kimi dövlət şirkətlərində insan resursları üzrə vəzifələrdə çalışıb.

Qeyd edək ki, bundan əlavə “AzerGold”un strukuturunda 12 şöbə fəaliyyətdədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)