Kakao artımında tarixi sıçrayış: qiymətlər rekordu yenilədi
Kakaonun qiymətləri 3 aydan az müddətdə iki dəfə artıb. Aparıcı kakao istehsalçısı olan Qərbi Afrikada əlverişsiz hava şəraiti tədarükün azalmasına səbəb olub. Nəticədə kakao qiymətləri rekord səviyyəyə qalxıb.
Kakao fyuçersləri Nyu-Yorkda bir ton üçün 8,394 dollarla rekord səviyyəyə qalxıb. ABŞ kimi şokolad istehlakının artdığı əsas ölkələrdə qeyd olunacaq Pasxa bayramı öncəsi qiymət artımları sürətlənib.
Qərbi Afrikadakı əlverişsiz hava şəraiti və avropalı idxalçılara qoyulan yeni ekoloji qaydaların yaratdığı problemlər də qiymətlərə təsir edir.
Məşhur şokolad markası Lindt-in maliyyə direktoru Martin Huq mart ayında balans dövründəki qiymətləndirməsində qiymət artımları ilə bağlı bunları deyib: "Bazarda qiymətləri artıran çoxlu oyunçu var. Biz də onların arasındayıq. Nə olacağını təxmin etmək çətindir".