Qarabağ

Türkiyə və Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsləhətləşmələr aparıb

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçapar ilə Ukraynadakı münaqişənin diplomatik həlli və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması mövzularında məsləhətləşmələr aparıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatlar Ukraynadakı münaqişəni, o cümlədən onun siyasi və diplomatik həlli perspektivlərini müzakirə ediblər. Bu kontekstdə Rusiya tərəfi ABŞ başda olmaqla kollektiv Qərbin Kiyev rejiminə silah ötürülüməsini dayandırmasının vacibliyinə işarə edib.

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin vacibliyini vurğulayıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)