Azərbaycandakı kartların cəmi 17%-i əmək haqqı kartlarıdır - İNFOQRAM
Azərbaycanda bir il ərzində 122 min əmək haqqı kartı artıb. ENA.az xəbər verir ki, əmək haqqı kartları ümumi kartların sayında cəmi 17% təşkil edir. Cəmi ölkədə 2 milyon 881 min ədəd əmək haqqı kartı var. Təkcə dövlət sektorunda 1 milyona yaxın insanın çalışdığını nəzərə alsaq, bu, əmək haqqı sisteminin bir hissəsinin xüsusən də özəl sektorda hələ də "kölgə"də olduğunu və xidməti müqavilərlə tənzimləndiyini göstərir.
Daha çox arım cari hesablar üşün açılan debet kartların sayında müşahidə edilir. Bu kartların sayı ümumi kartlardakı payı bir il ərzində 26%-dan 48%-ə qalxıb. Demək olar ki, bütün kartların yarısını bu kartlar təşkil edir.
ENA.az xəbər verir ki, Azərbaycanda dövriyyədə 16 milyon 925 min ədəd kart var. Bunun 12 milyon 955 min ədədi təmassız kartlardır. Kartların 3 milyon 655 min ədədi sosial kartlar, 2 milyon 881 min ədədi isə əmək haqqı kartlarıdır. Kredit kartlarının sayı isə 2 milyon 216 min ədəddir. Artım tendensiyasına baxdıqda, daha çox debet və kredit kartlarının sayındakı fərqlər diqqət çəkir. Belə ki, 2022-ci ildə debet kartlar 5 milyon 502 min olduğu halda, 2023-cü ilin sonuna 8 milyon 173 min ədədə çatıb. Kredit kartlarındakı bir illik artım tempi isə cəmi 393 min ədəd olub. Kredit kartlarının ümumi kartlardakı payı cəmi 2 faiz artıb. Yəni bu sahədəki tendensiya qonşu ölkələrlə müqayisədə daha pozitivdir.
Debet kartları ilə aparılan əməliyyatların həcmi 85 milyard 077 milyon manat təşkil edib. Bir ildəki artım 30 milyard 383 milyon manatdır. ümumi əməliyyat həcminin 2 milyard 881 milyon manatı isə ölkəxarici əməliyyatların payına düşür.
BRİ-nin bununla bağlı hazırladığı infoqram maraqlıdır deyə, oxucularımıza təqdim edirik.