Səfərbərlik Xidmətinin şöbə rəisi işdən çıxarılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi işdən çıxarılıb.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Müvafiq əmrlə Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlsafa Məmmədov işdən azad edilərək, sərəncama götürülüb.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib.