Prezident Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonu qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.