Gündəm

Bakı aeroportuna və Xırdalana metro xətti azı 2040-cı ilədək çəkilməyəcək

Bakı şəhərinin 2040-cı ilə qədər inkişafına dair Baş planında Heydər Əliyev Beynəlxalq Aeroportuna və Xırdalan şəhərində metro xəttinin çəkilməsi yoxdur.

Bunu “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov qurumun yaradılmasının 10-cu ildönümünə həsr olunmuş “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” mövzusunda panel konfransında bildirib.

“Paytaxtın inkişafı ilə bağlı 2040-cı ilə qədərki planlar metro stansiyalarının sayının artırılmasını nəzərdə tutur, amma hava limanı və Xırdalan istiqamətində metro xəttinin çəkilməsi nəzərdə tutmur. Ola bilsin ki, həmin tarixdən sonra hər iki istiqamətə metro xətti çəkilsin”, – deyə sədr qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)