Azərbaycana pul köçürmələri 2,2 dəfə azalıb
2023-cü ildə Azərbaycana daxil olan pul baratlarının həcmi 1 milyard 655 milyon dollar olub ki, bu da 2022-ci ilin göstəricisindən 2,2 dəfə azdır. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ilin I rübündə Azərbaycana pul köçürmələrinin həcmi 442,1 milyon dollar, II rübdə 447,9 milyon dollar, üçüncü rübdə 391 milyon dollar, dördüncü rübdə 374 milyon dollar təşkil edib.
“İlkin rəqəmlərə əsasən 2023-cü ildə ölkəyə daxil olan pul baratlarının həcmi $1 milyard 655 milyon (2022-ci il ərzində $3 milyard 620 milyon) təşkil edib”, - AMB-dən bildirilir.
2022-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $3,6 milyard təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 3,2 dəfə çoxdur.