Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş yeri məlum olub
![](https://ena.az/uploads/news/2024-02/_ena_e06aaa200209dd41b90b0b9a7_o.jpg)
Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almaniyanın paytaxtı Berlində görüşəcəklər.
Məlumata görə, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
Onun sözlərinə görə, görüş fevralın 28-29-da baş tutacaq.
“Görüş haqqında razılaşma Münxendə üçtərəfli görüş zamanı əldə edilib”, - o deyib.