Rəsmi

Prezident fərman imzaladı

İşğaldan azad edilmiş ərazilərində yaşayış sahələrinin tikintisi məqsədilə dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün alınmış kreditlərə zəmanətdə müddət 2 illik müddət tələbi olmayacaq.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenitinin bu gün imzaladığı fərmanda qeyd edilir.

“Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndinə görə dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 ildən artıq olmamalıdır və yeni qaydaya görə, işğaldan azad edilmiş ərazilərində yaşayış sahələrinin tikintisi məqsədilə dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün alınmış kreditlər istisna edilir.

Əlavə 5 – “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası”nın 3.2-ci bəndinə görə Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında, investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün isə illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir. Həmin əlavənin 3.2 bənindəkiki miqdardan əvvəl hissəyədə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahələrinin tikintisi fəaliyyəti ilə məşğul olan sahibkara,” sözləri əlavə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)